
Rusiya heyvandarlıq məhsulları istehsalçıları Azərbaycan bazarında çıxmaq istəyirlər.
Rusiya Baytar və Fitosanitar Nəzarəti Federal Xidməti (RBFNFX) lazımı yoxlamaların aparılması üçün öz azərbaycanlı həmkarlarına sorğu göndərəcək. AzVision.az “RİA Novosti”yəm istinadən xəbər verir ki, bu barədə (RBFNFX) mətbuat xidməti Yuliya Melano bildirib.
“Söhbət heyvandarlıq məhsullarının Azərbaycana tədarükündən gedir. Rusiya şirkətlərinin müvafiq maraqları var və RBFNFX bu maraqları təmin etməyə hazırdır”, - deyə Melano vurğulayıb.
Qaynar.info