Dünya 10:55 27.09.2023

Rusiya BMT-nin İnsan Haqları Şurasına qayıtmaq istəyir: Məktub mediaya sızdırıldı

Rusiya ötən ilin yazında xaric edildiyi BMT-nin İnsan Haqları Şurasına qayıtmaq istəyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazır.

Rusiya oktyabrın 10-da baş tutmalı olan 2024-2026-cı illər üçün İnsan Hüquqları Şurasına üzv seçilmək üçün namizədliyini irəli sürüb. Rusiya Şərqi Avropa dövlətlərinin regional qrupunda iki yer uğrunda Albaniya və Bolqarıstanla yarışacaq.

Jurnalistlərin əlində rusların dəstək almaq üçün BMT üzvlərinə göndərdiyi bir sənəd var. Sənəddə onlar İnsan Haqları Şurasını "BMT sistemində əsas orqan” adlandırır və deyirlər ki, Şuranın bir qrup ölkələrin siyasi iradəsinə xidmət edən, müstəqil daxili və xarici siyasətə görə sədaqətsiz hökumətləri cəzalandıran alətə çevrilmək meylinin artmasının qarşısının alınmasını vacib hesab edirlər".

Rusiya Federasiyası seçilərsə, diqqətini bu məsələyə yönəldəcək. Biz insan hüquqları məsələlərində adekvat həllər tapmaq üçün Şurada əməkdaşlıq və konstruktiv, qarşılıqlı hörmət əsasında dialoqun gücləndirilməsi prinsiplərini qətiyyətlə müdafiə edəcəyik", - sənəddə deyilir.

Xatırladaq ki, 2022-ci il aprelin 7-də Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başladıqdan sonra BMT Baş Assambleyası Rusiyanın İnsan Hüquqları Şurasında üzvlüyünü dayandırıb.

93 ölkə Rusiya Federasiyasının xaric edilməsinin lehinə, 24 ölkə əleyhinə, 58 ölkə bitərəf qalıb. Mayın 10-da Çexiya BMT-nin İnsan Hüquqları Şurasına Rusiya əvəzinə üzv seçilib.

Alpər