Dünya 19:07 24.11.2023

Rusiya Çinin iştirakı ilə Krıma sualtı tunel tikmək istəyir - WP

Rusiya Çinin köməyi ilə işğal altında olan Krımda Kerç boğazı altından Ukraynanın hücumlarından qorunacaq tunel tikmək istəyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” Ukrayna xüsusi xidmət orqanlarının ələ keçirdiyi səs yazılarına istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, oktyabrın sonunda ölkə rəhbərliyinə yaxın olan çinli və rusiyalı iş adamları arasında gizli danışıqlar aparılıb. 
Jurnalistlər Çinin ən böyük tikinti şirkətlərindən biri olan Çin Dəmir Yolu Tikinti Korporasiyasının (CRCC) layihədə iştiraka razılıq verdiyini öyrəniblər.

WP-nin təhlil etdiyi elektron məktublara görə, o, "Krım bölgəsində istənilən mürəkkəblikdə dəmir və avtomobil yollarının tikintisini təmin etməyə" hazır olduğunu bildirib.

Eyni zamanda, CRCC yalnız tam məxfiliyi qoruduğu və bütün müqavilələrdə şirkətin adını başqa şirkətinin adı ilə dəyişdiriləcəyi halda iştirak etməyə razılaşıb. Qəzetin yazdığına görə, başqa bir elektron məktubda şirkətin layihələrini maliyyələşdirmək üçün işğal olunmuş Krıma pul köçürmək üçün dolları rubla konvertasiya etmək istəyən Çin bankından bəhs edilir.

Belə bir tunelin dəyəri 5 milyard dollar ola bilər. Eyni zamanda, ABŞ rəsmiləri və mühəndislik mütəxəssisləri nəşrə belə bir layihənin "böyük maneələrlə" üzləşə biləcəyini və başa çatdırılmasının illər çəkəcəyini söyləyib. 

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Krım körpüsünə USQ və SBU tərəfindən iki dəfə uğurlu hücum həyata keçirilib. 

Nizami Bağırov