Xəbər lenti

Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar verəcək
Ölkə09:37 27.06.2015

Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Ermənistanda hərbi arsenalını müasir silahlarla təmin etməkdən ötrü 200 milyon dollar kredit verəcək. 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ermənistan prezidenti Serj Sərkisyanın mətbuat xidməti dövlət başçısının Rusiyanın nəqliyyat naziri ilə görüşündən sonra məlumat yayıb.

“Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında Ermənistana 200 milyon dollar kredit verilməsini nəzərdə tutan müqavilənin imzalanması razılaşdırılıb. Bu məbləğ Ermənistan silahlı qüvvələrinin arsenalını silsilə müasir silah növləri ilə genişləndirməyə imkan verəcək”, - mətbuat xidmətinin məlumatında qeyd edilir.

Qaynar.info