Xəbər lenti

Rusiya Ermənistandakı səfirini niyə geri çağırdı? (ŞƏRH)
Dünya 13:48 25.05.2024

Rusiya Ermənistandakı səfirini niyə geri çağırdı? (ŞƏRH)

"Rusiyanın Ermənistandakı səfirinin Moskvaya geri çağırılması ona bundan sonrakı fəaliyyətlə bağlı növbəti proqram və reseptin verilməsilə əlaqədardır. Burada səfirin hansı ardıcıllıqla çıxış etməsi, nələri gündəmə gətirməsi, nələri gözləmək lazım olduğu barədə təlimatlar veriləcək". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiyanın Ermənstandakı səfiri Sergey Kopırkini Moskvaya geri çağırılmasını şərh edərkən deyib.

Cümşüd Nuriyev vurğulayıb ki, bir-birinin siyasətindən narazı olan dövlətlər siyasi demarş olaraq öz səfirlərini həmin narazı qaldığı ölkədən geri çağırırlar:



"Bu zaman da sadəcə olaraq məsləhətləşmələr üçün geri çağırıldığını elan edirlər. Son zamanlar Ermənistanın Rusiyaya qarşı tutduğu mövqe Moskvanın gözləmədiyi bir mövqedir. Əslində İrəvan Rusiyanı oyundan kənarlaşdırmaq istəyir. Ona görə də tədrici şəkildə bu istiqamətdə addımlar atır ki, Rusiyanın təsirindən xilas olsun. İrəvan Rusiyanın dominant olduğu beynəlxalq təşkilatların heç birində daha iştirak etmir. "Zvartnos" aeroportundan rus sərhədçiləri çıxarıldı. Habelə, Azərbaycan-Ermənistan sərhədində olan rus hərbçiləri də çıxarıldı. Rus sərhədçiləri yalnız İran və Türkiyə ilə sərhəddə qalıblar. Gümrüdə isə Rusiyanın 102-ci diviziyası yerləşir. Bu fonda Rusiyanın Ermənistandakı səfirinin Moskvaya geri çağırılması ona bundan sonrakı fəaliyyətlə bağlı növbəti proqram və reseptin verilməsilə bağlıdır. Burada səfirin hansı ardıcıllıqla çıxış etməsi, nələri gündəmə gətirməsi, nələri gözləmək lazım olduğu barədə təlimatlar veriləcək. Bundan sonra, yəqin ki, rus səfiri geri qayıdacaq. Çünki Rusiya ilə Ermənistan arasında diplomatik əlaqələr mövcuddur". 

Qeyd edək ki, mayın 24-də Rusiyanın Ermənistandakı səfəri Sergey Kopırkin Moskvaya geri çağırılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu səfərin məsləhətləşmələr üçün gəlməsilə əlaqələndirib. Onu da xatırladaq ki, son zamanlar İrəvanla Moskva arasında münasibətlərdə soyuqluq yaranıb. Ermənistanın Qərbə üz tutmağa çalışması Kremli xeyli dərəcədə qıcıqlandırıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->