Xəbər lenti

Rusiya ilə Şimali Koreya razılaşması Seulu düşündürdü: Kiyevə öldürücü silah tədarükü
Dünya 19:15 20.06.2024

Rusiya ilə Şimali Koreya razılaşması Seulu düşündürdü: Kiyevə öldürücü silah tədarükü

Cənubi Koreya Rusiya ilə Şimali Koreya arasında strateji tərəfdaşlıq sazişinin bağlanmasına cavab olaraq Ukraynaya öldürücü silahların birbaşa tədarükü məsələsinə yenidən baxmaq niyyətindədir. Seul bunu hərbi ittifaqın yaradılması kimi qiymətləndirir.

Qaynarinfo xəbər verir ki, Cənubi Koreya prezidentinin ofisinin nümayəndəsinin sözlərini "Yönhap” agentliyi yayıb

Seul, xüsusli müqavilənin 4-cü bəndini qeyd edir, orada deyilir ki, "tərəflərdən biri bir və ya bir neçə dövlətin silahlı hücumu nəticəsində müharibə vəziyyətində olarsa, digər tərəf dərhal ona hərbi yardım göstərəcək”. Cənubi Koreya ciddi narahatlığını ifadə edib və yeni müqaviləni pisləyib.

Cənubi Koreya hökuməti hesab edir ki, Şimali Koreyanın hərbi qüdrətini gücləndirən istənilən əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının sanksiyalarını pozur. Seul Şimali Koreyanın nüvə raket imkanlarını zərərsizləşdirmək üçün nüvə qarşısının alınması tədbirlərini gücləndirmək niyyətindədir.

Xatırladaq ki, Rusiya və Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş Vladimir Putinin iyunun 18-19-da Pxenyana səfəri zamanı imzalanıb. Sənəd ölkələr arasında 1961, 2000 və 2001-ci illərdə imzalanmış əvvəlki sazişləri əvəz edib. Sazişin imzalanması mərasimindən sonra Putin Qərbin Rusiyaya hücumlar üçün Ukraynanı F-16 qırıcıları və digər yüksək texnologiyalı silahlarla təmin etmək planlarına diqqət çəkib və bu sahədə Şimali Koreya ilə hərbi-texniki əməkdaşlığın inkişafını istisna etməyib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->