Xəbər lenti

Rusiya, İran və Çin ABŞ seçkilərinə təsir etmək üçün süni intellektdən istifadə edə bilər
Dünya 11:20 03.10.2024

Rusiya, İran və Çin ABŞ seçkilərinə təsir etmək üçün süni intellektdən istifadə edə bilər

Gələn ay, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Rusiya, İran və Çinin seçkilərə təsir etmək üçün süni zəkadan istifadə edə biləcəyi gözlənilir.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Agentlik yazır ki, ABŞ-ın illik təhdid qiymətləndirməsinə əsasən, Birləşmiş Ştatlar süni zəkadan istifadə edərək yalan məlumat yaymaqla seçkilərə təsir etməyə çalışan Rusiya, İran və Çindən artan təhlükə görür.

Daxili Təhlükəsizlik Nazirliyinin hesabatına görə, Rusiyanın "təsir agentləri” nifaq salmaq məqsədilə ABŞ-a daxil olan miqrantlarla bağlı hekayələri gücləndiriblər. Üstəlik, onlar əsl Amerika mediası kimi görünən saxta veb-saytlar yaratmaq üçün generativ süni zəkadan istifadə ediblər.

İran da öz növbəsində "xarici təsir göstərmək səylərində getdikcə aqressivləşir”. Hesabatda deyilir ki, məsələn, iranlı subyektlər Qəzza münaqişəsi ilə bağlı etirazları təşviq etmək üçün internetdə özlərini fəal kimi göstəriblər.

Daxili Təhlükəsizlik Nazirliyinin qiymətləndirməsi göstərir ki, Rusiya, İran və Çin "ABŞ-ın demokratik təsisatlarına və daxili sosial birliyə inamı sarsıtmağa yönələn yeni imkanlar axtarmaq üçün pozucu, elan olunmamış, cinayət və məcburedici üsullardan istifadə edəcəklər”.

Hesabata görə, yerli aqressiv ekstremistlər daha bir böyük təhlükə yaradır. Xüsusilə, Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp artıq iki sui-qəsdin hədəfinə çevrilib.

Hesabatda həmçinin qeyd edilir ki, yerli ekstremistlər "seçicilər, namizədlər və seçki rəsmiləri arasında qorxu yaratmaq və seçki prosesini pozmaq üçün” zorakı hərəkətlərə cəhd edə bilərlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->