Xəbər lenti

Rusiya Krımda pasport paylamağa başladı
Ölkə09:26 20.03.2014

Rusiya Krımda pasport paylamağa başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski Krımda Rusiya pasportlarının verilməyə başlandığını bildirib.

Musavat.com-un Rusiya xəbər mənbələrinə istinadən veriyi məlumata görə, Krımın Rusiyanın tərkibinə qatılması ilə bağlı razılaşmanı xatırladan Romondanovski qeyd edib ki, Krımda yaşayan hər kəs Rusiya pasportu (şəxsiyyət vəsiqəsi) ala bilər: “Artıq dünəndən etibarən bir çox insan Rusiya vətəndaşlığını qəbul edib. Zamanla bu yöndə görülən işləri daha da sürətləndirəcəyik. Qısa müddət ərzində Krım əhalisi Rusiya pasportu ilə təmin ediləcək”.

Bundan başqa Romodanovski bildirib ki, Rusiya vətəndaşı olmaq istəməyənlər barədə hələki heç bir qərar qəbul edilməyib: “Hazırda keçid dövründəyik. Zamanla bütün suallar öz məntiqi cavabını tapacaq”.

Qaynar.info