Xəbər lenti

Rusiya MN sülhməramlıların əməliyyat zonasının adını dəyişdi
Ölkə17:01 27.10.2023

Rusiya MN sülhməramlıların əməliyyat zonasının adını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını "Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” kimi qeyd edib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası "Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.
27 oktyabr tarixli bülletendə, həmçinin qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.
Məlumata görə, 2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında 8 müşahidə, 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.