Xəbər lenti

Rusiya ordusuna aid məxfi radiostansiyanı ABŞ-a göndərən azərbaycanlı həbs edildi
Ölkə18:26 26.01.2020

Rusiya ordusuna aid məxfi radiostansiyanı ABŞ-a göndərən azərbaycanlı həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva polisi Rusiya ordusu üçün istehsal edilən radiostansiyanı ABŞ-a göndərən azərbaycanlını həbs edib.
Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxs Kaluqa şəhərinin Moskovski küçəsində, yaşadığı ünvanda tutulub.
Bildirilir ki, naməlum şəxs 2019-cu il martın 29-da ABŞ-a taxta yeşikdə bağlama göndərib. Moskvanın Kazan vağzalında gömrük əməkdaşları bağlamadan şübhələniblər və onu açanda Rusiya ordusu üçün nəzərdə tutulan, aviayönləndiricilərin istifadəsində olan "Varevo-1” daşınan radiostansiyasını aşkar ediblər.
Hərbi təyinatlı avadanlığın qanunsuz yolla xaricə göndərilməsi faktı ilə bağlı araşdırma başladılıb və nəhayət bu günlərdə bağlamanı göndərən şəxs tutulub.
"Varevo-1” aviayönləndiricilər üçün portativ radiostansiyadır və onunla birbaşa təyyarənin göyərtəsi ilə əlaqə yaratmaq mümkündür. Bu avadanlıq hava zərbələri zamanı yerdən pilotlara hədəfi düzgün nişan almaqda kömək etmək üçün nəzərdə tutulur.