Xəbər lenti

Rusiya ordusunun zabiti Qarabağda minaya düşərək öldü
Ölkə18:55 18.12.2020

Rusiya ordusunun zabiti Qarabağda minaya düşərək öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ordusunun zabiti Dağlıq Qarabağda - Şuşada ərazinin minalardan təmizlənməsi zamanı həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.
"17 dekabrda Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb", - Müdafiə Nazirliyində bildirilib.
Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Qarabağa, o cümlədən Şuşaya minalar erməni hərbçilər tərəfindən basdırılıb.