Xəbər lenti

Rusiya səfirliyinin avtomobili Bakıda qəzaya düşdü
Ölkə19:59 21.08.2017

Rusiya səfirliyinin avtomobili Bakıda qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hadisə paytaxtın Bakıxanov küçəsi 11 ünvanında qeydə alınıb

 Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb. "Qaynarinfo"nun APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Bakıxanov küçəsi 11 ünvanında qeydə alınıb.

Rusiyanın Bakıdakı səfirliyinə məxsus “Hyundai” markalı, 004 D 010 dövlət qeydiyyat nişanlı maşın Nicat Bəhmanlının idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub

Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır

Qaynarinfo.Az