
Dövlət Sərhəd Xidməti (DSX) və Rusiya Federasiyası FTX-nin Sərhəd Xidmətilə birgə axtarış tədbirləri keçirib. ANS PRESS xəbər verir ki, bunun nəticəsində Qusar rayon Yuxarı Zeyxuroba kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Rusiya Federasiyası istiqamətindən dövlət sərhədini pozan 1967-ci il təvəllüdlü Əhmədov Ramiz Tahir oğlu Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.
Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qaynar.info