Xəbər lenti

Rusiya sülhməramlıları Ermənistandan Qarabağa yola düşdü (VİDEO)
Ölkə05:18 11.11.2020

Rusiya sülhməramlıları Ermənistandan Qarabağa yola düşdü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistana gələn Rusiya sülhməramlılarından ibarət bölük atəşkəsə nəzarət etmək üçün Qarabağa yola düşüb. 
Qaynarinfo xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 
Bildirilib ki, sülhməramlılar kalonlar formasında Qarabağa doğru irəliləyirlər. Hərbçilər 250 kilometrdən çox məsafə qət edəcəklər. 
Qeyd edək ki, gecə saatlarında Bortunda Rusiya sülhməramlıları olan 12 ədəd İl-76 təyyarəsi Ermənistana enib.