Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları son 24 saat ərzində iki daimi və bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Şuşa və Əsgəran rayonlarında iki, Ağdərə rayonunda isə bir müvəqqəti müşahidə məntəqəsi bağlanıb.