Xəbər lenti

Rusiya tankerində baş vermiş yanğın söndürüldü
Ölkə15:33 23.04.2016

Rusiya tankerində baş vermiş yanğın söndürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində baş vermiş yanğın tam söndürülüb. 

Qaynarinfo.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Administrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC-nin yaydığı birgə məlumatda deyilir.

Məlumata əsasən, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə üzən tankerdə yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına "SOS" siqnalı daxil olub. Dərhal FHN və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.

Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Qeyd edək ki, tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.

Qaynarinfo.az