Xəbər lenti

Rusiya tərəfində döyüşən bəzi Hindistan vətəndaşları vətəninə göndərilir
Dünya 12:37 09.09.2024

Rusiya tərəfində döyüşən bəzi Hindistan vətəndaşları vətəninə göndərilir

Rusiya tərəfindən döyüşən bəzi Hindistan vətəndaşları cəbhədən çıxarılıb və vətənə göndərilməyə hazırlanır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Dojd” Hindistan parlamentinin üzvü Vikramcit Sinqh Sahneybə istinadən məlumat yayıb.

"Bəli, mənə dedilər ki, azad olunublar. İndi əlavə bürokratik formallıqlar baş verir”, - o bildirib.

Xatıladaq ki, mart ayında Hindistan mediası Hindistan vətəndaşlarının xaricdə asan iş və yüksək maaşlar vəd edərək Ukraynada Rusiya Federasiyasının tərəfində döyüşməyə sövq edildiyini yazıb. 

"Dojd”un daha əvvəl xəbər verdiyi kimi, Ukrayna ilə müharibəyə 90-dan çox Hindistan vətəndaşı cəlb edilib, onlardan 8-i rəsmən ölü kimi tanınıb. Telekanal aydınlaşdırır ki, Hindistan vətəndaşları üçün xaricə daşınma qiymətləri 1.000 – 12.000 avro arasında dəyişir. Onlar tərcüməçinin iştirakı olmadan Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur olurlar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->