Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna ilə danışıqlara hazırdır.
Qaynarinfo bu barədə SE-yə istinadla xəbər
verir.
"Ancaq situasiya dəyişdikcə, şərtlər də dəyişir, biz bu barədə dəfələrlə danışmışıq. Amma ümumilikdə götürdükdə prinsip - xüsusi hərbi əməliyyatın bütün məqsədləri dəyişməz olaraq qalır. Hazırkı vəziyyətdə Putinlə Ərdoğanın danışıqlarında Ukrayna tərəfinin danışıqlar yolundan tamamilə çıxdığı, ona görə də xüsusi hərbi əməliyyatın davam etdiyi bildirilib”, - Peskov deyib.
Bir gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putin, eləcə də Volodimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırdığını bildirib.
Alpər
Şərhlər