İdman 23:31 02.03.2022

Rusiya və Belarus güləşçiləri beynəlxalq yarışlardan kənarlaşdırıldı

Ümumdünya Güləş Birliyi (UWW) Ukraynadakı münaqişə ilə bağlı bəyanat yayıb.

Bildirilb ki, qurumun Bürosu Rusiya və Belarusu təmsil edən güləşçilərin beynəlxalq yarışlara buraxılmaması barədə qərar qəbul edib.

Həmçinin, Büro BOK-un 25 fevral 2022-ci il tarixli təcili tövsiyəsinə uyğun olaraq, bu il Rusiya və Belarusda keçirilməsi planlaşdırılan beynəlxalq turnirlərin ləğvini də təsdiqləyib.