Xəbər lenti

Rusiya və Şimali Koreya ABŞ-da prezident seçkisi ərəfəsində təxribat törədə bilər - KİV
Dünya 12:11 25.05.2024

Rusiya və Şimali Koreya ABŞ-da prezident seçkisi ərəfəsində təxribat törədə bilər - KİV

ABŞ rəsmiləri Şimali Koreyanın oktyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində, ehtimal ki, Rusiya lideri Vladimir Putinin təkidi ilə son on il ərzində ən təxribatçı hərbi əməliyyata əl atmağa hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "NBC News" altı yüksək vəzifəli ABŞ rəsmisinə istinadən yazır.

Bayden administrasiyası getdikcə daha çox narahatdır ki, Putin və Şimali Koreya lideri Kim Çen İn arasında güclənən hərbi ittifaq Pxenyanın nüvə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə və Asiya-Sakit okean regionunda gərginliyi artıra bilər.

"Şübhəmiz yoxdur ki, Şimali Koreya bu il təxribat törədəcək”, - ABŞ kəşfiyyat rəsmisi deyib.  

Qeyd edək ki, ABŞ kəşfiyyat rəsmiləri Rusiyanı Trampın seçilməsinə kömək etmək üçün 2016-cı il seçkilərinə müdaxilə etməkdə ittiham edib. Bayden administrasiyasının Rusiya ilə gərgin münasibətləri 2022-ci ildə Ukraynanın işğalından sonra daha da kəskinləşib.

Putinin yaxın həftələrdə Kim ilə görüşmək üçün Şimali Koreyaya səfər edəcəyi gözlənilir və ABŞ rəsmiləri Pxenyana hərbi texnologiya transferlərini genişləndirmək üçün yeni razılaşma əldə edəcəklərini proqnozlaşdırırlar.

ABŞ kəşfiyyat rəsmiləri hesab edirlər ki, Putin Şimali Koreyaya nüvə sualtı qayıqları və ballistik raket texnologiyası verir, müqabilində Pxenyan Rusiyaya Ukraynadakı müharibə üçün böyük miqdarda sursat göndərir. Şimali Koreya Rusiyaya Avropanın Ukraynaya verdiyindən daha çox silah, o cümlədən milyonlarla artilleriya mərmisi verir.

Rəsmilər həmçinin narahatdırlar ki, Rusiya Şimali Koreyaya nüvə raketi buraxa bilən ilk sualtı qayığını istehsal etmək üçün lazım olan son addımları atmağa kömək edə bilər. 

Şimali Koreya Moskvaya verdiyi döyüş sursatı müqabilində Rusiyadan onu ballistik raket hissələri, təyyarələr, raketlər, zirehli maşınlar və digər qabaqcıl texnologiya ilə təmin etməsini istəyir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->