Rusiya və İran qarşılıqlı hesablaşmalarda dollardan imtina etmək və yerli valyutalarla ticarət aparmaq barədə razılığa gəliblər. İran və Rusiyadakı banklar və müəssisələr SWIFT-dən başqa platformalardan istifadə edir və ikitərəfli broker əlaqələri də milli valyutalardan (rubl və rial) istifadə etməklə qurulub.
Qaynarinfo
xəbər verir ki, bu barədə İranın dövlət agentliyi İRNA yazır.
"İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzin və onun rusiyalı həmkarı ikitərəfli ticarətdə milli valyutaların istifadəsi ilə bağlı sazişi başa çatdırıblar. Farzin həmçinin əməliyyatları asanlaşdırmaq üçün BRICS-in imkanlarından istifadə etməyi təklif edib”, - deyə məlumatda bildirilir.
Sazişin texniki müddəaları İran və Rusiya mərkəzi banklarının rəhbərlərinin gələcək görüşləri zamanı müzakirə olunacaq.
Alpər