Xəbər lenti

Rusiya vətəndaşı Gədəbəydə qayadan yıxıldı
Ölkə09:59 12.07.2013

Rusiya vətəndaşı Gədəbəydə qayadan yıxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyadan Gədəbəyə gələn şəxs qayalıqdan yıxılaraq ölüb.
Gədəbəy rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Çanaxçı kəndində baş verib.

Əslən Tovuzdan olan Rusiya Federasiyasının vətəndaşı, 65 yaşlı Valeh Məmmədov Gədəbəyin Hacaqaya ziyarətgahından qayıdarkən yolda çiçək yığmağa dayanıb. Bu zaman o, qayalıqdan yıxılaraq ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, V.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır. 

Qaynar.info