Xəbər lenti

Rusiya vətəndaşlarımızı Yəməndən çıxardı
Ölkə06:25 12.04.2015

Rusiya vətəndaşlarımızı Yəməndən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Hərbi Dəniz flotunun “Priazove” gəmisi Yəməndə ərəblərin husilər qarşı xüsusi əməliyyatıların aparıldığı zonadan 308 vətəndaşı təxliyə edib.
Anspress-in məlumatına görə, bu barədə bazar günü Rusiya Müdafiə nazirliyi rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama verib. 
“Ədəndəki döyüş zonasından 19 ölkənin vətənadaşı olan 308 nəfər təxliyyə edilib. Onlardan 45-i Rusiya, 18-i ABŞ, 5-i Birləşmiş Krallıq, biri Bolqarıstan, 6-sı Estoniya, 14-ü Ukrayna, 9-u Belarus, 3-ü Türkmənistan, 8-i Özbəkistan, 5-I Azərbaycan, biri Bəhreyn, 5-I Cibuti, 159-u Yəmən, biri Somali, 3-ü Fələstin, 13-ü İordaniya, 9-u Kuba, 2-si Misir və biri SƏudiyyə Ərəbistanı vətəndaşıdır”, - deyə Konaşenkov bildirib.
Onun sözlərinə görə, bütün təxliyyə edilmiş vətəndaşlar Rusiyaya məxsus gəminin içində təhlükəsiz vəziyyətdədir və onlar səhər saatlarında Cibutiyə çatdırılacaqlar.
Qaynar.info