Xəbər lenti

Rusiyada Azərbaycan kliplərini yayımlayan kanal açılır
Ölkə13:26 10.01.2014

Rusiyada Azərbaycan kliplərini yayımlayan kanal açılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kanalın baş direktoru Valeriy İlişayev bildirib ki, indiyədək heç bir rus kanalı rus və ingilis dilləri xaricində heç bir dildə musiqi klipi yayınlamayıb

Bu ayın sonunda fəaliyətə başlayacaq olan TMB.RU musiqi kanalı ilk dəfə Rusiya teleməkanında Azərbaycan müğənnillərinin videokliplərinin yayımlanmasına imkan yaradacaq.

ANS PRESS-in məlumatına görə, müstəqil Dövlətlər Birliyində türk dilində yayımlanan TMB musiqi kanalının Rusca variantı olan TMB.RU kanalının ilk növbede Moskva və paytaxt ətrafı regionda kabel və peyk vasitəsiylə fasiləsiz yayıma başlaması nəzərdə tutulur. Rusiyalı tamaşaçıların Şərq xüsusilə də Türk musigisininin heyranı olduqlarını deyən kanalın baş direktoru Valeriy İlişayev merkezi ofisi Moskvada yerləşəcək olan bu kanalın qısa bir müddət içində sadəcə Türkdilli diasporların deyil, eləcə də rusların ən sevimli musiqi kanallarından biri olacağına gələcəyinə inanır.

Kanalın baş direktoru Valeriy İlişayev bildirib ki, indiyədək heç bir Rusiya kanalı rus və ingilis dilləri xaricində heç bir dildə musiqi klipi yayınlamayıb: "Biz bu layihəmizlə Rusiya məkanında Türk dilində musiqi yayımlayan ilk və tək kanal olacağıq. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistanın tanınmış sənət adamlarının hazırladığı şou proqramlar böyük maraq doğuracaq. Amma ən böyük layihələrimiz isə yerli proqramların və realiti şouların rusca versiyasını hazırlamaqdır".

Qeyd edək ki, Rusiyada 6 ay öncə şerq musiqisi yayınlamağa başlayan Vostok adlı radiyo kanalının belə qısa bir müddət içində qazandığı məşhurluğunu diqqətə alsaq, daha gözəl xidmət verəcək olan kanalımızın da çox seviləcəyinə inanırıq.

Türk Musiqi Birliyi anlamına gələn TMB kanalı 17 türkdilli ölkə və xalqa xitab edir. Ancaq xüsusiylə Orta Asiyadakı türkdilli xalqların əksəriyyətinin Türkiyə türkcəsini anlamaqda çətinlik çəkmələri səbəbindən bu kanalın rus dili variantına da ehtiyac hiss edilir.


Qaynar.info