Saxta pasportla dəfələrlə Rusiya sərhəddini keçən Azərbaycan vətəndaşı Arxangelsk vilayətində saxlanılıb.
Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, adı açıqlanmayan Azərbaycan vətəndaşı 2014-cü ildə Rusiyadan deportasiya edilib, lakin ölkədə pasportunu dəyişdirdikdən sonra qeyri-qanuni şəkildə yenidən qayıtmağı bacarıb.
Yeni pasportla sərhəddi bir neçə dəfə keçməyə nail olan şəxs polis tərəfindən saxlanılıb.
Onun barəsində cinayət işi açılıb. Araşdırma aparılır.