Xəbər lenti

Rusiyada azərbaycanlı 75 yaşlı kişini döyür – VİDEO
Ölkə05:33 27.08.2013

Rusiyada azərbaycanlı 75 yaşlı kişini döyür – VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
28 yaşlı soydaşımıza qarşı cinayət işi açılıb

Moskva vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları LiveJournal-a yaşlı kişini döyməsi barədə video yerləşdirən azərbaycanlını həbs edib.

1news.az xəbər verir ki, bu barədə Rusiya DİN-in Mosvka vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər.

“Axtarış-əməliyyat tədbirləri nəticəsində polislər 21 avqust, təxminən saat 17:40 radələrində Oktyabrsk qəsəbəsinin Lenin küçəsindəki mağazanın qarşısında 75 yaşlı yerli sakini döymüş 28 yaşlı Azərbaycan vətəndaşını müəyyənləşdirib və həbs edib” – deyə, mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, onun barəsində Rusiya CM-in 116-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi üzrə cinayət işi açılıb. //Oxu.Az