Xəbər lenti

Rusiyada azərbaycanlı ər və arvadın meyiti tapıldı
Ölkə16:00 27.08.2018

Rusiyada azərbaycanlı ər və arvadın meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Novosibirsk vilayətinin Zayeltsovskiy rayonunda yaşayan azərbaycanlı ər və arvadın meyitləri tapılıb. 
Qaynarinfo-nun məlumatına görə, əslən Azərbaycanın Qazax rayonundan olan, 1980-cı il təvəllüdlü Rəhimov Rəhim Həsənağa oğlu və onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Kseniya Rəhimova rayon kənarında yaşadıqları evdən bir neçə gün əvvəl itkin düşüblər.
Yaxınlarının axtarışı nəticəsində ötən gün onların meyiti rayon ərazisindəki meşədə, yaşadıqları evə yaxın yerdə tapılıb. 
Meyitlərin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. (report.az)