Xəbər lenti

Rusiyada azərbaycanlı polisi dişlədi
Ölkə16:00 02.09.2019

Rusiyada azərbaycanlı polisi dişlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Sankt-Peterburq şəhərində 59 yaşlı Azərbaycan sakini polisə bıçaqla hücum çəkib, üstəlik onu dişləyib.
Polislər həmin şəxsi 33 yaşlı qızı soymaqda şübhəli bilirdilər. Soyğunçu bıçaqla təhdid edərək qızın bahalı smartfonunu ələ keçirib. Qız xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Polislər şübhəlini Obuxovskiy Oborona küçəsində sahibsiz avtmobilin içərisində yatarkən tapıblar. Onunla dialoq qurmaq mümkün olmayıb. Adam polisləri bıçaqla vurmaq istəyib, sonra yaxınlıqdakı yanacaqdoldurma məntəqəsində gizlənərək qaçmağa çalışıb. Polislər onu yaxalamaq istəyəndə şübhəli fəal müqavimət göstərib, onları dişləyib və yaralayıb. (Virtualaz.org)