Xəbər lenti

Rusiyada azərbaycanlı repçinin həbs müddəti altı ay uzadıldı (FOTO)
Ölkə14:19 02.04.2021

Rusiyada azərbaycanlı repçinin həbs müddəti altı ay uzadıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvada Ostojenkada avtomobiliylə piyadaları vuran Elmin Quliyevin həbs müddəti artırılıb. 
Qaynarinfo REN-TV-yə istinadla xəbər verir ki, Moskvanın Xamovniçeski Məhkəməsi reperin həbs müddətini ən azı daha 6 ay uzadıb. İş üzrə növbəti iclas 14 aprel tarixinə təyin edilib. Telekanalın verdiyi məlumata görə, Quliyev artıq günahını etiraf edib.
Xatırladaq ki, ötən il sentyabrın 21-də ifaçı Infiniti-də qəza keçirib. "Mercedes” ilə toqquşmadan sonra onu səkiyə tullayıb. Avtomobil bir neçə piyadanı vuraraq binanın küncünə çırpılıb. Qurbanlardan biri yaralanıb – o, ayağını itirib. Qəzada Quliyevin özü yaralanıb. Sonradan məlum olub ki, o, avtomobili narkotikin təsiriylə idarə edib.
Qeyd edək ki, Elley təxəllüslü Elmin Cəmil oğlu Quliyev 8 noyabr 1993-cü ildə Bakıda anadan olub. Milliyyətcə azərbaycanlıdır. Atası və erkən uşaqlığı haqqında hələ bir məlumat yoxdur. Çox güman ki, valideynlər boşanıb. Repçinin anası və bacısı ilə yaşadığı məlumdur. İndi qadınlar Azərbaycanda reperin dəstəyi ilə yaşayırlar.
Alpər