Xəbər lenti

Rusiyada azərbaycanlı “Şah”ın məhkəməsi olacaq
Ölkə11:54 24.08.2015

Rusiyada azərbaycanlı “Şah”ın məhkəməsi olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tümenin Leninski dairəsinin prokurorluğu yerli cinayətkar qruplaşmanın liderlərindən biri, 40 yaşlı Şahlar Babayevə elan edilən ittiham aktını təsdiqləyib.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, kriminal aləmdə daha çox Şah ləqəbi ilə tanınan azərbaycanlı qanunsuz silah-sursat əldə etmə və saxlamaqda təqsirkar bilinir.

O, mütəşəkkil cinayətkar qruplaşmaların Tümen vilayətində kriminal situasiyaya təsir imkanlarının məhdudlaşdırılması məqsədilə keçirilən xüsusi əməliyyat zamanı yaxalanıb.

Kriminal avtoritetin saxlanılan zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərdiyi bildirilir. 

Saxlanıldıqdan sonra Şahlar Babayevdən “Makarov” tapançası götürülüb. Onu 4 ilə qədər azadlıqdan məhrumetmə və cərimə cəzası gözləyir.

Qaynar.info