Xəbər lenti

Rusiyada azərbaycanlılar arasında atışma olub
Ölkə07:11 07.07.2015

Rusiyada azərbaycanlılar arasında atışma olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Saxalin vilayətində azərbaycanlılar arasında silahlı insident baş verib. 

Hadisə iyulun 6-da axşam saatlarında Cənubi Saxalin şəhərinin Lenin küçəsində yerləşən “VTB Bank”ın yaxınlığında baş verib.

30 yaşlı adı açıqlanmayan azərbaycanlı avtomobildə olan 27 yaşlı həmyerlisinə odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Ayağından güllə yarası alan həmyerlimiz şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Cənubi-Saxalin şəhəri üzrə şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. (APA)

Qaynar.info