Xəbər lenti

Rusiyada azərbaycanlının 12,5 milyonu oğurlandı
Ölkə12:52 18.07.2014

Rusiyada azərbaycanlının 12,5 milyonu oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada Azərbaycan vətəndaşı qarət edilib.

Anspress-in "Rosbalt"a istinadən verdiyi məlumata görə, paytaxt Moskvada mənzil soyulub. Evdən külli miqdarda pul aparılıb.

Ostrovityanova küçəsi, ev 5-də oğurluq barədə polisə məlumatı azərbaycanlı özü verib.

Polis müəyyən edib ki, oğurluq hadisəsi 16 iyul saat 22:00- 17 iyul 06:00 aralığında baş verib. Cinayətkarlar mənzildəki seyfdə olan 12,5 milyon rublu aparıblar.

İndi polis oğruların mənzilə necə girdiyini müəyyən etməyə çalışır. Çünki nə evin, nə də seyfdə qırılma izləri yoxdur.

Qaynar.info