Xəbər lenti

Rusiyada “brat” ləqəbli azərbaycanlı öldü
Ölkə15:10 31.08.2016

Rusiyada “brat” ləqəbli azərbaycanlı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Saratov şəhərində cəzaçəkmə müəssisəsində azərbaycanlı məhkum ölüb.

Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov bildirib ki, ölən şəxs əslən Azərbaycanın Siyəzən rayonundan olan, Rusiya Federasiyasının vətəndaşı, “Brat” ləqəbli Abdullayev İlham Səttar oğludur.

İ. Abdullayev ötən gün cəza çəkdiyi müəssisədə dünyasını dəyişib. Ölümün səbəbi hələlik açıqlanmayıb.

Onun nəşi yaxın günlərdə Azərbaycana gətirilərək doğulduğu Siyəzən rayonunda dəfn olunacaq.(APA)

Qaynarinfo.Az