
Bu gün İnternetdə Rusiyanın Perm şəhərinin Mərkəzi bazarının qarşısında yerləşən “Nadejda” kafesindəki davanı əks etdirən videogörüntülər yayımlanıb.
Oxu.Az xəbər verir ki, hər şey ötən bazar günü baş verib.
Şahidlərin sözlərinə görə, iyirmiyədək kişi burada dava törədiblər və azərbaycanlını döyüblər. Hadisə yerinə gələn polislər hətta odlu silahdan atəş açmalı olublar.