Xəbər lenti

Rusiyada güllələnən Azərbaycanlı iş adamı öldü
Ölkə18:41 15.12.2013

Rusiyada güllələnən Azərbaycanlı iş adamı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verildiyi kimi 11 gün öncə Rusiyanın Murmansk şəhərində "Karina” ticarət mərkəzinin sahibi Həbib Kərimov və iki cangüdəni 1976-cı il təvəllüdlü Nəriman Axundov və 1970-ci il təvəllüdlü Sədi Əzizov silahlı hücumə məruz qalmışdı. Hadisə nəticəsində Nəriman Axundov və  Sədi Əzizov aldıqları güllə yarası nəticəsində hadisə yerindəcə dünyasını dəyişmişdi.

Qaynar.info xəbər verir ki, həmin gün yaralanan Azərbaycanlı iş adamı Həbib Kərimov da bu gün Murmansk şəhər xəstəxanasında dünyasını dəyişib. Rusiya mətbuatının yaydığı məlumata görə, həkimlər onun yaşaması üçün 11 gün çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Həbib Kərimov bu gün təqribən Bakı vaxtı ilə saat 18:00-da dünyasını dəyişib. 

Qaynar.info