Xəbər lenti

Rusiyada iki azərbaycanlı yandırıldı
Ölkə13:26 23.12.2016

Rusiyada iki azərbaycanlı yandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni Moskvada naməlum cinayətkar 3 nəfəri yandırıb. Onlardan ikisi azərbaycanlıdır. 

Oxu.Az “Moskovski Komsomolets”a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına hadisə barədə dekabrın 15-nə keçən gecə məlumat daxil olub və fakt üzrə adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. 

Sosenskoe qəsəbəsinin “Potapovskaya roşa” adlanan hissəsində yerləşən evlərin birində naməlum cinayətkar 3 nəfəri yandırıb.

Onlardan ikisi – 27 və 48 yaşlı ata və oğul Azərbaycan vətəndaşı, eləcə də 27 yaşlı yerli sakin bədənin 50-60% yanıq yaraları ilə xəstəxanaya yatırılıblar. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılsalar da, 48 yaşlı atanı xilas etmək mümkün olmayıb.

Cinayətkar axtarılır. 

Qaynarinfo.Az