Xəbər lenti

Rusiyada müəllim azərbaycanlı şagirdi döydü - İlginc səbəb
Ölkə13:43 29.04.2016

Rusiyada müəllim azərbaycanlı şagirdi döydü - İlginc səbəb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada idman müəllimi azərbaycanlı şagirdi döyüb. Ans press-in məlumatına görə, bu barədə Rusiyanın TBK saytı yazıb. Hadisə Krasnoyarsk vilayətinin 144 nömrəli məktəbində qeydə alınıb. Müəllim şagirdin yarışdan sonra sevindiyini görəndə onu döyüb.

Məktəblinin atasının verdiyi məlumata görə, müəllim uşağın qarın və baş nayihəsinə zərbələr endirib və yalnız başqa bir şagirdin bu mənzərəni görməsindən sonra dayanıb. Nəticədə 14 yaşlı şagird beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

"Uşaqlar yarışda qalib gəldikdən sonra seviniblər, qaçıblar, bir-birilərini qucaqlayıblar. Bu da müəllimin xoşuna gəlməyib. Oğlumu çiynindən tutub məktəbin dəhlizinə aparıb. Orada onu döyməyə başlayıb. Başına, qarnına zərbələr endirib, boğub. Uşağın boğazında göyərti izləri var. Oğlumu söyüb, meymun adlandırıb. Bütün bunları, məncə, övladım azərbaycanlı olduğu üçün edib", - deyə məktəblinin atası Mixail Əhmədov deyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da məlumatı təsdiq ediblər.

Hazırda faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları öyrənilir.

Qaynarinfo.az