Xəbər lenti

Rusiyada polis azərbaycanlını xilas etdi
Ölkə18:04 27.01.2018

Rusiyada polis azərbaycanlını xilas etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Stavropol diyarında küçədə vəziyyəti pisləşərək özündən gedən Azərbaycan vətəndaşı xilas edilib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, azərbaycanlının həyatını kinoloq polis xilas edib.
Ötən gün sözügedən diyarda xidməti vəzifəsi yerinə yetirən kinoloq mütəxəssis İvan Busaryev nəzarət buraxılış məntəqsi yaxınlığındakı mağazadan kiminsə kömək istədiyini eşidib. Hadisə yerinə gedən polis serjantı huşunu itirmiş kişi aşkar edib. Həmin şəxsin nəfəsi gəlmirmiş və nəbzi dayanıbmış.
Polis dərhal hadisə yerinə kömək çağırıb və Azərbaycan vətəndaşı xilas edilib.