Dünya 10:34 26.09.2022

Rusiyada səfərbər olanlar cəbhəyə hansı hazırlıqla göndərilə bilər? - Britaniya kəşfiyyatı

Rusiya səfərbər olanların hazırlanması üçün lazım olan hər şeyi təmin etməkdə təşkilati çətinliklərlə üzləşir və bu insanlar minimal təlimdən sonra cəbhədə ola bilərlər.

Qaynarinfo "European Pravda”ya istinadla  xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının sentyabrın 26-da Ukraynadakı müharibəyə dair icmalında deyilir.
İlk səfərbərlik qrupları artıq bazalara gəlir, on minlərlə çağırış vərəqəsi verilib.

Qeyd edilir ki, bir çox Qərb tipli ordulardan fərqli olaraq, Rusiya Federasiyasında yeni çağırışçılar ilk təlimləri müəyyən təlim mərkəzlərində deyil, öz xüsusi bölmələrində keçirlər. "Adətən hər bir rus briqadasındakı batalyonlardan biri qarnizonda qalırdı və digər ikisi yerləşdirildikdə və yeni çağırışçılar və ya onları əvəz edənlərin hazırlanması üçün təlimatçılar təmin edə bilirdi. Bununla belə, Rusiya Federasiyası artıq Ukraynaya bu cür bir çox üçüncü batalyonlar atıb", - kəşfiyyat qeyd edir.

Eyni zamanda səfərbər olanların çoxu illərlə əllərində silah tutmayıblar.

"Təlimatçıların çatışmaması və Rusiyanın səfərbərliyə başladığı tələskənlik onu deməyə əsas verir ki, yığılmış bir çox əsgər minimum lazımi hazırlıqla ön cəbhəyə atılacaq və onlar çox güman ki, ağır itkilərə məruz qalacaqlar", - icmal yekunlaşdırır.

Bir gün əvvəlin şərhində qeyd olunub ki, səfərbər olunanların bir hissəsi Rusiya Qvardiyasının bölmələrini gücləndirmək üçün istifadə edilə bilər.