Xəbər lenti

Rusiyada təbliğat mediasına Abramoviçi tənqid etmək yasaqlanıb -
Dünya 13:51 27.09.2023

Rusiyada təbliğat mediasına Abramoviçi tənqid etmək yasaqlanıb - "Moscow Times"

Rusiyanı tərk edən iş adamlarına qarşı tənqid atəşinə baxmayaraq, Kreml onlardan bəzilərindən dövlət təbliğatını tənqid etməməyi xahiş edib.
 
Hökumətin nəzarətində olan media, xəbər agentlikləri və agentliklərdən iş adamı Roman Abramoviçi mənfi mənada xatırlatmamaq tələb olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” TASS-dakı mənbəyə və dövlət layihələrinin həyata keçirilməsinə cavabdeh olan media menecerinə istinadən yazır.

Mənbələr bunun səbəblərini izah etmir və təşəbbüskarın adını çəkmir. Söhbət Abramoviçdən başqa Rusiyanı tərk edən bəzi digər iş adamlarından da gedir.
Nəşrin qeyd etdiyi kimi, bu cür göstərişlərin səbəbləri məlum deyil, lakin güman etmək olar ki, Kreml Abramoviçə Ukrayna ilə potensial danışıqlar aparan şəxs kimi baxır, çünki o, 2022-ci ilin yazında başlayan və uğursuzluqla başa çatan ilk Rusiya-Ukrayna danışıqlarında iştirak edib.

Abramoviç Rusiyada yaşamır və bir müddət əvvəl Türkiyə mətbuatının yazdığına görə, o, Türkiyədə 18 milyon dollara Boğazın sahilində yerləşən elit malikanə alıb. Ondan əvvəl bu malikanədə məzhəb lideri Adnar Oktar yaşayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->