Xəbər lenti

Rusiyada tutulan azərbaycanlı hərbçi ilə bağlı RƏSMİ AÇIQLAMA
Ölkə07:42 10.01.2014

Rusiyada tutulan azərbaycanlı hərbçi ilə bağlı RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Yadigarov İlqar Heydər oğlu xidməti uyğunsuzuğa görə 2011-ci ildə Silahlı Qüvvələrdən təxris olunub”


"Domodedovo" hava limanında saxlanılan şəxs 1965-ci il təvəllüdlü Yadigarov İlqar Heydər oğludur. Müdafiə Nazirliyinin mətbuat xidməti faktı ANS PRESS-ə təsdiqləyib. Mətbuat xidmətindən bildiriblər ki, keçmiş hərbçi Yadigarov İlqar Heydər oğlu “N” saylı hərbi hissədə quluq edib: “O, xidməti uyğunsuzluğa görə, 2011-ci ildə Silahlı Qüvvələrdən təxris olunub. O, Müdafiə Nazirliyində xidmət etməyib.”

Qeyd edək ki, Rusiya mətbuatının verdiyi məlumata görə, bir müddət o İrkutsk ərazisində hüquq-mühafizə orqanlarından gizlənib.

Polis əməkdaşları bildiriblər ki, məmur böyük miqdarlı dələduzluqda şübhələnir. O, Müdafiə Nazirliyinin əməkdaşı olaraq, mühasibat sənədlərini saxtalaşdırıb və 125 min dollar miqdarında idarəyə ziyan vurub. Saxta sənədlər üzə çıxdıqdan sonra Rusiyaya qaçıb. İrkutsk vilayətinin Xudoelansk kəndində fəhlə kimi fəaliyyət göstərməyə başlayıb.

Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti şöbəsinin mətbuat xidmətinin açıqlamasında belə deyilir: "Həmin şəxs öz vətəni Azərbaycanda dələduzluq əməllərində şübhəli bilinərək axtarışdadır.

Operativ axtarış işlərinin nəticəsində polislər onun şəxsiyyətini təyin edə biliblər. İzləndiyini hiss edən şəxs elə həmin gün qəfildən yoxa çıxmaq qərarına gəlib. O, Domadedova hava limanında saxlanılıb və hal-hazırda istintaq təcridxanasındadır.


Qaynar.info