"Rusiya daxilində vəziyyətin inkişafı üçün ssenarilərdən biri üsyan və ya hərbi qarşıdurma ola bilər".
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov
deyib.
"Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələrinin uğurlu fəaliyyəti və ərazilərimizin işğaldan azad edilməsi nəticəsində Moskva vilayətinin özündə daxili münaqişələr mümkündür”, deyə Andrey Yusov qeyd edib.
Onun sözlərinə görə, müvafiq ssenari Rusiya Federasiyası ərazisində öz hüquqları uğrunda mübarizə aparan üsyançıların uğurlu hərəkətləri ilə də müəyyən edilə bilər. O, həmçinin qeyd edib ki, "Rusiya Könüllülər Korpusu” və "Rusiyanın Azadlığı” legionunun könüllülərinin əməliyyatı hələ də davam edir.
"Kralın çılpaq olduğu ortaya çıxdı. Döyüş qabiliyyətinə malik olan, hərəkət edə bilən hər şey Ukraynanın işğalına atıldı. Moskva vilayətinin ərazisində, əsasən, yekə qarınlı "yanğınsöndürənlər" qaldı", deyə Ukrayna MN rəsmisi bildirib.
Aydın
Şərhlər