Xəbər lenti

Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü
Ölkə16:10 23.11.2017

Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.
Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.
O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib. 
Qeyd edək ki, noyabrın 18-dən 19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.