Xəbər lenti

Rusiyadan Azərbaycana 300 min manata yaxın qaçaqmalçılıq
Ölkə23:15 14.04.2025

Rusiyadan Azərbaycana 300 min manata yaxın qaçaqmalçılıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya vətəndaşı 1 500 kubmetr iynəyarpaqlı ağac oduncağını saxta sənədlərlə Azərbaycana çıxarmaq istəyib.
Bu barədə Oxu.Az Rusiyanın Perm diyarı gömrüyünün Mətbuat Xidmətinə istinadla xəbər verir.
Qaçaqmalın ümumi dəyəri 13 milyon rubldan artıq (təqribən 265 min manat) məbləğdə qiymətləndirilir.
Qaçaqmalçı kişiyə qarşı altı cinayət işi qaldırılıb. Onu beş il müddətinə qədər həbs cəzası və ya bir milyon rubl (təqribən 20 min manat) cərimə gözləyir.