Xəbər lenti

Rusiyadan Azərbaycana 5 milyard dollarlıq silah
Ölkə13:26 14.10.2014

Rusiyadan Azərbaycana 5 milyard dollarlıq silah

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakı danışıqlarının bir hissəsi silah təchizatına aid olub. Bu barədə “Kommersant” qəzeti bildirib.

Qəzetdəki hərbi mənbənin məlumatına görə, hərbi-texniki əməkdaşlıq səmərəli inkişaf edir: 2010-cu ildən  2012-ci ilədək ümumi məbləği $4 mlrd.-a yaxın müqavilə imzalanıb.

“Rosoboroneksport”un xəttilə silah göndərilməsinin  ümumi həcmi ilin sonunadək $5 mlrd.-a çata bilər.

Bundan əlavə, Azərbaycan “Bal-E” sahil  raket kompleksinin alışına maraq göstərir. Bu raket kompleksi artıq RF Xəzər donanmasının silahları arasında var.

Qəzetin məlumatından belə nəticəyə gəlmək olar ki, 2014-cü ildə Azərbaycan Rusiyadan 1 mlrd. dollarlıq silah alacaq (Turan).

Qaynar.info