Xəbər lenti

Rusiyadan daha 196 azərbaycanlı vətənə gətirildi (FOTOLAR)
Ölkə13:36 19.07.2020

Rusiyadan daha 196 azərbaycanlı vətənə gətirildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün daha 196 Azərbaycan vətəndaşı təyyarə ilə Rusiyadan ölkəyə gətirilib.
"Report"un məlumatına görə, Moskvanın "Domodedovo" hava limanında soydaşlarımız "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Moskva-Bakı reysi ilə vətənə yola salınıb. 
Qeyd edək ki, uçuş yerli vaxtla saat 16:00-a nəzərdə tutulsa da, yubanma baş verib. 
Moskvadan havaya qalxan təyyarənin saat 21:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enməsi nəzərdə tutulub.