Xəbər lenti

Rusiyadan Elon Maska cavab: "Möhtəşəm oyun idi"
Ölkə11:58 08.02.2018

Rusiyadan Elon Maska cavab: "Möhtəşəm oyun idi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Kosmos Agentliyi "Roskosmos"un sözçüsü İrqor Burenkov ABŞ-ın kosmosa avtomobil göndərməsi məsələsinə münasibət bildirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, milyarder Elon Maskın icraçı direktoru olduğu "SpaceX" şirkətinin Tesla markalı idman avtomobilinin Falcon Heavy raketi ilə kosmosa göndərilməsinin yaxşı marketinq oyunu olduğunu söyləyib.
"Əsas məsələ bu işlə məşğul olan və daha çox investisiya cəlb etmək istəyən şirkətlərin olmasıdır. Kosmosa göndərilən raket dəyərsiz bir şey deyil. Apardığı yükü itirməsi üçün isə heç kim narahat olmayacaq. Amma bu, xüsusi bir motora sahibdir. Hərkəs bilir ki, Teslada işlər qaydasında getmirdi. Bu, sadəcə mükəmməl bir marketinq oyunu idi", - deyə o, bildirib.
Qeyd edək ki, SpaceX şirkəti fevralın 6-da indiyə qədər istehsal olunan ən güclü raket olan Falcon Heavy ilə Tesla Roadster markalı üstüaçıq idman avtomobilini kosmosa göndərmişdi.