Xəbər lenti

Rusiyadan Qarabağ açıqlaması
Ölkə16:35 27.08.2015

Rusiyadan Qarabağ açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qərb və Rusiya arasında olan fikir ayrılıqları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun işinə təsir etməməlidir". Bunu Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Ümid edirəm ki, Rusiya ilə digər ölkələr arasında yaranan fikir ayrılığı ucbatından ATƏT-in Minsk qrupunun işinə təsir etməyəcək. Çünki Rusiya və ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür”, - deyə Zaxarova bildirib.
XİN rəsmisi onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya tərəfindən heç bir problem ola bilməz: "Biz bu formatın iştirakçılarıyıq və öz öhdəliklərimizə məsuliyyətlə yanaşırıq. Biz başa düşürük ki, bu qrupun gündəmində ciddi məsələ var”.//Anspress
Qaynar.info