
Türkiyə xarici işlər naziri Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı XİN Şurasının Soçidə keçiriləcək iclasına dəvət edilib.
Qafqazinfo xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Onun sözlərinə görə, Mövlud Çavuşoğlunun dəvət edilməsi təşkilatın sədri kimi Rusiyanın öhdəliklərinə daxildir:
“Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı XİN Şurasının iclası iyulun 1-i Soçidə keçiriləcək. İclasa təşkilatın işlərində iştirak edən bütün üzv-ölkələrin diplomatiya rəhbərləri və müşahidəçilər dəvət edilib. Müvafiq olaraq dəvət Türkiyə XİN-də də göndərilib”.
Qaynarinfo.az