Xəbər lenti

Rusiyanın 20-yə yaxın hərbi gəmisi Xəzərdə raket atışlarına başlayır
Ölkə09:22 25.04.2016

Rusiyanın 20-yə yaxın hərbi gəmisi Xəzərdə raket atışlarına başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının 20-yə yaxın qəmisi Xəzər dənizində təlimlərə başlayıb.

Ans press-in bu ölkənin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, manevrlər çərçivəsində “Kalibr-NK”raket komlekslərindən atışlar həyata keçiriləcək.

Məhz bu raket komplekslərindən Rusiyanın Suriyada İŞİD-ə qarşı apardığı hərbi əməliyyatlarda istifadə olunub. O zaman Xəzər dənizindən Suriyaya atışlar Atışlar “Dağıstan” raket qəmisi, kiçik “Qrad Sviyajsk”, “Uqliç” və “Velikiy Ustyuq” gəmilərindənhəyata keçirilib.

Açıq mənbələrdən əldə edilən məlumata görə, 3M-14 “Kalibr” raketləri dəniz üzərindən 350 km qədər, qurudan isə 1500 km-dək hədəfləri dəf edə bilir.

Qeyd edək ki, Rusiya Xəzər donanmasına böyük əhəmiyyət verir. Məsələn, ölkə Suriyadakı hərbi əməliyyatlarda iştirak edən zaman Xəzər hövzəsindən geniş istifadə edib.

Qaynarinfo.az